"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “820 vergi ödəyicimiz qanunvercilikdə nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilib”

--2023-02-10 / 16:58

"Bələdiyyənin vergi bazası genişdir”- bu sözləri Binəqədi rayonu Xocasən bələdiyyəsinin sədri Nigar Məmmədova bildirib.

Sədrin sözlərinə görə, bələdiyyənin inzibati ərazisində yaşayış sahəsi üzrə 11.344 əmlak, yaşayış sahəsi üzrə 12.330 torpaq, qeyri-yaşayış sahəsi üzrə 232 əmlak , qeyri-yaşayış sahəsi üzrə torpaq isə 249 ədəddir. Bu gün bələdiyyənin vergi xidməti orqanının fəaliyyəti nətcəsində göstərilən 11.533 vergi ödəyicilərindən hesabat dövründə 8.100 ödəyici vergiyə cəlb olunmuşdur. Bunlardan 160 nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 660 ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillər təşkil edir.

Bələdiyyənin büdcə gəlirlərinə toxunan sədr N.Məmmədova bildirib ki, 2021-ci il ərzində yerli büdcəyə 213.030 manat, 2022-ci il ərzində isə 280.974 manat gəlir daxil olmuş, 2021-ci il üzrə xərclər 210.154 manat , 2022-ci il üzrə isə 283.860 manat təşkil etmişdir. 2021-ci il ərzində büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq icarəsindən və vergisindən-40.827 manat, 2022-ci ildə isə 41.941 manat, 2021-ci il əzrində əmlak vergisindən-148.046 manat, 2022-ci ildə isə 198.633 manat, bələdiyyənin fəaliyyətindən -400 manat, dotasiyadan-40.000 manat daxil olmuşdur.

Belediyye.info

ŞƏRHLƏR